İstehlaka yararsız qida məhsulları məhv edilib

12:22 13.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən hafta.az-a verilən məlumata görə, “AZ FP CO LTD” MMC-nin müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş 65 adda 9246,59 kiloqram müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirmə poliqonunda məhv edilib.