Türkiyə Rusiyanın Ukraynadakı hərbi əməliyyatına görə Avropa İttifaqının tətbiq etdiyi mövcud məhdudlaşdırıcı tədbirlərdən yan keçmək üçün Rusiyaya həll yolları təklif etməməlidir.
Hafta.az xəbər verir ki, bunu “İzvestiya” qəzetinə Avropa diplomatiyasının rəhbəri Xosep Borrelin rəsmi nümayəndəsi Piter Stano deyib.
“Aİ-nin mühüm qonşusu, Avropa Birliyinin tərəfdaşı və Aİ-yə namizəd ölkə olan Türkiyə ilə qarşılıqlı fəaliyyətdən danışarkən, Türkiyənin xarici siyasətinin Aİ-nin xarici siyasət qərarları və siyasətləri, o cümlədən sanksiyalarla uzlaşmasının vacibliyini vurğulayırıq. Türkiyənin Rusiyaya Aİ-nin mövcud sanksiyalarından yan keçmək üçün həll təklif etməməsi də vacibdir. Biz bununla bağlı vəziyyəti yaxından izləməyə davam edəcəyik”, – Stano vurğulayıb.
Hələ martın 25-də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ölkəsinin Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını bildirmişdi.