Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən cari ilin iyulun 31-dən avqustun 7-dək olan müddətdə respublika ərazisində yol tikintisi və təmiri sahəsində görülən işlər barədə məlumat açıqlanıb.
Agentlikdən hafta.az-a bildirilib ki, həmin müddət ərzində Bərdə-Ağdam avtomobil yolunun tikintisi yekunlaşır, paytaxtın Nərimanov rayonunda Kazım Kazımzadə küçəsi əsaslı şəkildə təmir edilib, Heydər Əliyev prospektində yeni istiqamətverici lövhələrin quraşdırılması davam edir.
https://ad.doubleclick.net/ddm/pfadx/N1098691.3855432SMARTBEE/B29118340.356464816;sz=0x0;ord=[timestamp];dc_lat=;dc_rdid=;tag_for_child_directed_treatment=;tfua=;dcmt=text/xml;dc_sdk_apis=[APIFRAMEWORKS];dc_omid_p=[OMIDPARTNER];dc_vast=3;gdpr=${GDPR};gdpr_consent=${GDPR_CONSENT_755};ltd=
Həmçinin Bakı şəhərinin Nərimanov rayonunda Firdovsi Məmmədov küçəsi təmir olunub və M1 magistral avtomobil yolunun bir hissəsində təmir-bərpa işlərinə başlanılıb.