“Kəpəz” heyətə yeni futbolçu cəlb edib

16:42 16.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Kəpəz” heyətinə yeni futbolçu qatıb.

Klubun mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, “sarı-göylər” Vadim Abdullayevi transfer edib.

Yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Ötən mövsümü “Karvan-Yevlax”da keçirən futbolçu 31 oyunda meydana çıxıb və 1 qol vurub.