Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini İlkin Vəliyev iyulun 24-ü saat 11:00-dan etibarən 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: AZ4000, Quba şəhəri, Yeni körpü, 1) Quba, Xaçmaz, Qusar və Şabran rayonlarının sakinləri ilə görüşəcək.
Hafta.az bu barədə DVX-ya istinadla xəbər verir.
Görüşə gəlmək istəyən vətəndaşlar iyulun 16-22-si tarixlərində Quba şəhərində yerləşən 3 saylı Ərazi Vergilər İdarəsinə, habelə Quba, Xaçmaz, Qusar, Şabran Xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya xidmətin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşların görüşə müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.