ABŞ  Zəngəzur mis-molibden zavodunu işlədən Rusiya milyarderini qara siyahıya saldı

19:25 03.11.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Amerikanın Rusiyaya qarşı sanksiyalarının növbəti genişlənməsi iş adamı Qleb Trotsenkoya təsir edib.

Hafta.az xəbər verir ki, “TASS”-ın yaydığı məlumata görə, bu barədə Dövlət Departamentinin istinad sənədlərində deyilir.

Dövlət Departamenti Qleb Romanoviç Trotsenkonu Rusiya Federasiyası iqtisadiyyatının texnoloji sektorunda işlədiyi və ya əvvəlki işinə görə qara siyahıya salır.

Bundan əlavə, Dövlət Departamenti Trotsenko ailəsinin istifadə etdiyi şəxsi aktivlər və investisiya alətləri şəbəkəsini qara siyahıya salıb. Sənədlərdə Trotsenko ailəsinin Rusiya prezidenti Vladimir Putinə yaxın olduğu bildirilir.

Xatırladaq ki, Trotsenko ailəsinin Ermənistanda qızıl(o cümlədən bir hissəsi Kəlbəcər rayonuna daxil olan Zod qızıl yatağı), mis və molibden hasilatı və Zəngəzur mis-molibden kombinatı(ZMK) da daxil olmaqla müxtəlif mədən aktivlərini birləşdirən “GeoProMining” mədən şirkətinə sahib olduğu məlumdur.

KİV-in məlumatına görə, Roman Trotsenko ZMK-dakı 60 faizlik səhmlərini oğlu Qleb Trotsenkoya keçirib və 2022-ci ilin aprelindən o, ZMK-nın əsas benefisiarlarından biridir.

Bu o deməkdir ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalar ZMK-ya da şamil edilə bilər.

Bu məsələ ilə bağlı şərh almaq üçün Tert.am ZMPK-ya müraciət edib.

Zavodun mətbuat şöbəsi məsələni araşdırdıqlarını və məsələ ilə bağlı daha sonra açıqlama verəcəklərini bildiriblər.

Siyasət rubrikasından digər xəbərlər