ABŞ 24 xarici təşkilatı qara siyahıya əlavə edib

18:59 07.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ Ticarət Departamenti 24 xarici şirkət və təşkilatı qara siyahıya əlavə edib, onlardan 10 hüquqi şəxs Rusiyada yerləşir.

Siyahıya Rusiyanın kompüter avadanlığı istehsalçısı Kraftway və mikroçip istehsalçısı PKK Milandr ASC daxil edilib.

Bundan əvvəl ABŞ Ticarət Departamenti "Rossiya Hava Yolları"ndan ixrac imtiyazlarının müvəqqəti ləğvi haqqında fərmanı altı ay müddətinə uzadıb. Bu barədə Amerika hökumətinin rəsmi sənədlərinin federal reyestrində dərc olunan sənəddə deyilir.

Həmçinin bildirilib ki, ABŞ Ticarət Nazirliyi Rusiyanın Ural Airlines, S7 Airlines, Nordwind Airlines, Azur Air, Aeroflot, Pobeda, Rossiya və UTair aviaşirkətlərindən ixrac imtiyazlarını müvəqqəti olaraq geri götürüb.

Oxunma sayı 1256
Dünya rubrikasından digər xəbərlər