Yazını böyüt
Yazını kiçilt
Chesapeake şəhərində (Virciniya) naməlum şəxs Walmart mağazasına silahla hücum edərək azı 10 nəfəri öldürüb. Bu barədə polisə istinadən WAVY məlumat yayıb.
Mağazaya hücumla bağlı dəqiq məlumat hələ də müəyyənləşdirilir.
Atışma nəticəsində neçə nəfərin öldüyü və ya yaralandığı dəqiq məlum deyil. Polis artıq araşdırma aparır.
Müstəntiqlər mağazanın binasında axtarış aparmağa başlayıb, insanlardan ticarət sahəsini tərk etmələri istənib. Silah hücumu xəbərləri Walmart açıq olan zaman gəlib.
Mağazanın kənarında, nəşrə görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının kordonunu görmək olar, təcili yardım gəlib.
Hüquq-mühafizə orqanları vətəndaşları hadisə yerindən uzaq durmağa çağırıb.