ABŞ-da çox gözəl anlayırlar ki, Azərbaycan-Ermənistan sülh prosesində maraqlı olmayan kimdir...-Ərəstun Oruclu

19:43 18.04.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Düşünürəm ki, ABŞ rəsmilərinin İrəvana və Bakıya son səfərləri Vaşinqtondan gələn görüş və sülh təşəbbüsləri ilə bağlıdır. Birləşmiş Ştatlarda çox gözəl anlayırlar ki, Azərbaycanla Ermənistan arasında sülh prosesində maraqlı olmayan kimdir. Və həmin maraqlı olmayan tərəfin əlində nə qədər təxribatçı, pozucu resurslar var”.

Bunu  hafta.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu  ABŞ Dövlət katibinin köməkçisinin müavini Erika Olsonun İrəvana və ardınca Bakıya səfərinin məqsədi və mahiyyəti haqda danışarkən söyləyib.

“Ona görə də Amerikada deyilənləri yaxşı anladıqlarından çalışırlar ki, Bakı-Vaşinqton-İrəvan üçbucağı daim aktiv olsun, danışıqlar mümkün qədər davam etsin və tərəflər bütün mümkün təxribatların qarşısını alsınlar. Təxribatlarsa, təəssüf ki, davam edəcək və istər Brüsseldə, istər Vaşinqtonda, istərsə də üçüncü başqa bir yerdə olsun, heç bir danışıq alınmayacaq. Ona görə də belə anlayıram ki, bu səfərlərin mahiyyəti sadəcə, sülh prosesinin şərtlərini müzakirə etməkdir. Və eyni zamanda prosesin özünün texniki detalları, yəni görüş, onun formatı, onun  gündəliyi və s. bu kimi məsələlərin müzakirəsi ilə bağlıdır”- deyə davamında analitik bildirib.

Siyasət rubrikasından digər xəbərlər