ABŞ-da qatar relsdən çıxdı

19:39 04.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Kaliforniya ştatının Ludlou şəhərində yük qatarının relsdən çıxması nəticəsində 44 vaqon bir-birinə qarışıb. Hadisə ştatın çöl ərazisində olub. Qatarın özəl yük şirkətinə məxsus olduğu bildirilib.

San-Bernardino rayonu yanğınsöndürmə idarəsindən yayılan açıqlamaya əsasən, etil spirti daşıyan vaqonlardan birində sızıntı meydana çıxıb. Qəza nəticəsində ölən və yaralanan yoxdur.

Hadisə ilə bağlı istintaq başlayıb.