ABŞ-da qış qasırğası qurbanlarının sayı 50-yə çatıb

19:16 26.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da 26 dekabr, bazar ertəsi səhərə olan məlumata görə, qış fırtınası nəticəsində azı 50 nəfər ölüb. Bu barədə NBC News xəbər verir.

Bazar ertəsi səhərə olan qasırğa azı 50 nəfərin həyatına son qoyub.

Ölüm halları ABŞ-ın 12 ştatında qeydə alınıb: Kolorado, İllinoys, Kanzas, Kentukki, Miçiqan, Missuri, Nebraska, Nyu-York, Ohayo, Oklahoma, Tennessi və Viskonsin. Eyni zamanda, ölənlərin əksəriyyətinin - 14 nəfərin Nyu-York ştatının qərbindəki Buffalo şəhərində olduğu ortaya çıxıb.

NBC News-a danışan yerli polis əməkdaşları insanların “küçələrdə və avtomobillərdə” tapıldığını qeyd ediblər. Nyu-York qubernatoru Keti Hokul da qar fırtınasının ştatda minlərlə sakinin elektrik enerjisini kəsməsinə, təkcə Buffaloda 15 min vətəndaşın işıqsız qalmasına diqqət çəkib.