ABŞ-də ölənlərin sayı 18-ə ÇATDI

19:19 26.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-də bir neçə gündür davam edən qar yağışı fəsadlarsız ötüşmür.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, qar fırtınası və soyuq hava şəraiti səbəbindən ölkə üzrə 800 mindən çox insan hələ də işıqsız qalıb, 17 mindən çox aviareys ləğv edilib.

Xəbərə görə, Tennessi ştatında hava şəraiti ilə əlaqədar 3 nəfər ölüb. Bununla da ABŞ-də fırtına səbəbindən ölənlərin sayı 18-ə çatıb.

Böyük şəhərlərdə məktəblər ya bağlanıb, ya da distant təhsilə keçib.

Səlahiyyətlilər fırtınanın təsirlərinin günlərlə, hətta həftələrlə davam edə biləcəyini açıqlayıb.