Yazını böyüt
Yazını kiçilt
Qrenlandiyanı qorumaq baxımından Danimarkanı həddən artıq zəif adlandıran ABŞ Prezidenti Donald Tramp bu məsələ ilə bağlı əsas mövqeyini açıqlayıb.
Hafta.az “Reuters”ə istinadən xəbər verir ki, o deyib:
“Ora bizim üçün strateji milli və beynəlxalq təhlükəsizlik baxımından zəruri ərazidir. Bu nəhəng, qorunmayan ada faktiki olaraq Şimali Amerikanın bir hissəsidir. Ora bizim ərazidir”.
“Qrenlandiyanın ABŞ-ın nəzarətinə keçirilməsi məsələsinin müzakirəsinin bərpası üçün danışıqlara dərhal başlanılmasında israr edirəm”, – deyə Tramp vurğulayıb.