ABŞ "Putinin qorxusundan" ONA SANKSİYA TƏTBİQ ETMƏDİ

15:48 25.04.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Uzun illərdir Putinin sevgilisi və 4 uşaq anası olduğu iddia edilən Alina Kabayeva Rusiya liderinin yaxın çevrəsində ABŞ sanksiyalarından qurtulan yeganə şəxs olub.

Hafta.az WSJ-yə istinadla bildirir ki,  ABŞ Putinin bunu “şəxsi hücum” kimi görəcəyindən ehtiyat edərək Kabayevaya qarşı tətbiq olunacaq sanksiyaların son anda dayandırıldığını iddia edib.

Fevralın 24-də Ukraynaya müdaxilədən sonra Rusiya prezidenti Putinin verdiyi ani qərarlarla Rusiyanı sanksiya məngənəsində saxlayan ABŞ Putinin özü də daxil olmaqla bir çox rus siyasətçi və iş adamını hədəf alıb.

Putinin yaxın çevrəsində sanksiyalardan yayınmağı bacaran yeganə şəxs Putinin sevgilisi olduğu iddia edilən keçmiş gimnast 38 yaşlı Alina Kabayeva olub.

Alina Kabaeva Rusiyanın media nəhəngi olan Milli Media Qrupunun direktorlar şurasının sədri olub. Rusiya hökuməti ilə yaxın əlaqələri olduğu bilinən şirkətdə 8 milyon sterlinq maaş alan Kabayevanın Qərb sanksiyalarından pay alacağı gözlənildiyi halda, bu gün sürpriz xəbər gəlib.

ABŞ-ın aparıcı media orqanlarından biri olan Wall Street Journal ABŞ-ın Kabayevaya qarşı sanksiyalar tətbiq etməkdən qəsdən yayındığını iddia edib.

Qəzet ABŞ rəsmilərinin Putinin belə bir vəziyyəti “şəxsi hücum” kimi qəbul edəcəyindən və iki ölkə arasında gərginliyin daha da artacağından qorxaraq sanksiyalar tətbiq etməkdən vaz keçdiyini açıqlayıb.

Həbsxanada olan rus müxalifət liderləri Aleksey Navalnı da Kabayevanın Putinə pulunu gizlətməsinə kömək etdiyini əsas gətirərək, sanksiyalara çağırıb.

Amerika rəsmiləri Kabayevanın Putinin sərvətinin xaricdə gizlədilməsində əli olduğuna inansalar da, onun sanksiyalardan yayınması “ABŞ qorxdu” şərhlərinə səbəb olub, ABŞ Maliyyə Nazirliyi isə mövzu ilə bağlı sualları cavabsız qoyub.