ABŞ Maliyyə Nazirliyi Rusiya və bir sıra digər ölkələrdən 22 fiziki və 83 hüquqi şəxsi qara siyahıya salıb.
Həmçinin, sanksiyalar çərçivəsində ABŞ Ticarət Nazirliyinin “qara siyahısı” da genişləndirilib. Buraya 76 yeni hüquqi şəxs daxil idi.
Məhdudiyyətlər ABŞ Dövlət Departamenti tərəfindən də tətbiq edilib. Rusiyanın onlarla vilayətinin rəhbəri, 9 nazir, o cümlədən Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İdman Nazirliyi və Rəqəmsal Transformasiya Nazirliyinin rəhbərləri məhdudiyyətlərə məruz qalıb. Baş nazirin müavini Tatyana Qolikovaya da sanksiyalar tətbiq edilib.
Rusiya Silahlı Qüvvələrinin 1219 nümayəndəsinə qarşı viza məhdudiyyəti tətbiq edilib. Zaporojye AES sanksiyalara məruz qalıb.
Bundan əlavə, Vaşinqton bir sıra Rusiya banklarına, xüsusən də MTS Bank, Zenit Bank, SDM-Banka qarşı sanksiyalar tətbiq edib. Ümumilikdə 11 bank məhdudiyyətlərə məruz qalıb.
Skolkovo texnoparkı və əlaqəli şirkətlər, həmçinin Skolkovo və Skoltech fondları da sanksiyalara məruz qalıb.
ABŞ Ticarət Departamenti də Rusiya və Belarusa münasibətdə dəbdəbəli mallar kimi təsnif edilən malların siyahısını genişləndirib. Buraya daha 276 maddə daxildir.
Martın 10-dan etibarən Rusiyadan alüminium və alüminium məhsulları idxalına 200% rüsum tətbiq ediləcəyi gözlənilir. İxrac məhdudiyyətləri Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinə şamil olunacaq.