ABŞ səfiri tezliklə Ağdama gedəcəyini açıqladı

18:49 22.11.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Mən Azərbaycanın müxtəlif regionlarına səfər etmişəm. Geri qaytarılmış ərazilərə gəlincə, mən Zəngilanda olmuşam”.

Hafta.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer deyib.

O, ABŞ Səfirliyinin əməkdaşlarının Füzuli və Ağdamda səfərdə olduqlarını xatırladıb.

“Mən özüm də tezliklə Ağdama səfər edəcəyəm”, - amerikalı diplomat vurğulayıb.

Səfir vurğulayıb ki, Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Lənkəran, Şəki, Gəncə və Naxçıvanda səfərdə olub: “Regionlara səfər mənim işimin bir hissəsidir. Elə ərazilər var ki, mən ora hələ səfər etməmişəm. Təbii ki, həmin ərazilərə də səfər edəcəyəm”.