ABŞ Tayvana 10 milyard dollar hərbi yardım göstərməyə hazırdır

16:10 01.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ Tayvana 10 milyard dollar məbləğində hərbi yardım göstərməyə hazırdır.
Agentliyin əməkdaşının sözlərinə görə, ABŞ qanunvericiləri “artan gərginlik və Çindən gələn təhdidlər” fonunda Tayvanın müdafiəsini gücləndirmək üçün 10 milyard dollara qədər vəsait ayırmaq niyyətindədirlər. Hafta.az Reuters-ə istinadla xəbər verir.

Bundan əvvəl “The Wall Street Journal” konqres və hökumət mənbələrinə istinadən yazıb ki, hərbi yardımın böyük hissəsi Ukraynaya yönəldiyi üçün ABŞ hakimiyyəti Tayvana silah tədarükündən narahatdır. Qəzetin mənbələrinə görə, Vaşinqton Tayvana silah tədarükündə təxminən 19 milyard dollar geridədir.

Oxunma sayı 1418