Yazını böyüt
Yazını kiçilt
Birləşmiş Ştatlar müharibənin başlanmasının ildönümündə Ukraynaya 2 milyard dollarlıq əlavə yardım elan etməyə hazırlaşır.
CNN ABŞ rəsmilərinə istinadən xəbər verir.
Onların sözlərinə görə, vəsait Ukraynaya Yardım Təşəbbüsü (USAI) fonduna ayrılacaq. Fondun pulları ABŞ-ın ehtiyatlarından silah təmin etmək üçün deyil, istehsalçılardan avadanlıq sifariş etmək və ya almaq üçün istifadə olunur. Beləliklə, bu yardım uzunmüddətli tədarükləri nəzərdə tutur.
Vəsait Ukrayna üçün HIMARS reaktiv yaylım atəş sistemi (MLRS), 155 mm çaplı döyüş sursatları, pilotsuz təyyarələr, pilotsuz uçuş aparatları, minalardan təmizləmə avadanlıqları, təhlükəsiz rabitə vasitələrinin alınmasının maliyyələşdirilməsinə, habelə Ukrayna hərbçilərinin təliminə sərf olunacaq.