ABŞ Ukraynaya beşinci nəsil döyüş təyyarələrinin çatdırılmasını müzakirə edir

20:09 23.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ştatlar Ukraynaya beşinci nəsil döyüş təyyarələrinin tədarükünü, o cümlədən onun uzunmüddətli ehtiyaclarının ödənilməsinin bir hissəsi kimi müzakirə edir. Bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland deyib.

Fevralın 23-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, alınan Qərb qırıcıları və uzaqmənzilli raketlər Ukrayna ordusu tərəfindən yalnız “işğal olunmuş əraziləri azad etmək” üçün istifadə olunacaq. O vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri onlardan Rusiyanın digər ərazilərində istifadə etmək niyyətində deyil.