ABŞ Ukraynaya daha 155 milyon dollar həcmində vəsait ayırıb

16:08 20.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə Ukraynaya daha 155 milyon dollar ayırıb.

ABŞ-ın maliyyə yardımı ukraynalıların həyat tərzinin yaxşılaşdırılmasına xərclənəcək. Buraya kiçik və orta biznesin inkişafı, məhkəmə sistemində aparılan islahatlar, demokratiyanın inkişafı, korrupsiyaya qarşı mübarizə, səhiyyə sisteminin inkişafı kimi istiqamətlər daxildir.

Qeyd edək ki, bundan öncə ABŞ Konqresi Ukraynada təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə 150 milyon dollar ayırmışdı.