Yazını böyüt
Yazını kiçilt
ABŞ və Ermənistan 15-24 iyul tarixlərində "Eagle Partner 2024" birgə hərbi təlimləri keçirəcək.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı quru qoşunlarının, Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edəcək.
Qeyd olunub ki, ABŞ-dan hərbi təlimçilər aprelin 1-də Ermənistana gəlib.