Yazını böyüt
Yazını kiçilt
Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) təyyarələri Qrenlandiyaya yollanıb və tezliklə ABŞ hərbi bazasında təlim keçəcəklər.
Hafta.az xəbər verir ki, ABŞ-Kanada birgə Aerokosmik Monitorinq və Müdafiə Hərbi Təşkilatı olan NORAD-ın açıqlamasına əsasən, təlimlər iki ölkə arasında müdafiə əməkdaşlığı çərçivəsində baş tutacaq.
Bəyanatda bu addımın Danimarka ilə əlaqələndirildiyi və Qrenlandiyaya məlumat verildiyi bildirilib.