Yazını böyüt
Yazını kiçilt
Abşeronda ev qarət edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da Masazır qəsəbəsindəki evlərin birindən 5900 manat, 900 ABŞ dolları və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini M.Həsənov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.