Abşeronun bu ərazilərində su kəsiləcək

13:14 28.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğuz-Qəbələ-Bakı magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar bu gün Abşeron rayonunun Qobu, Güzdək və Hökməli qəsəbələrinin bir hissəsinə, eləcə də kəmərin marşrutu boyu bu xətdən su alan bəzi kəndlərə içməli suyun verilməsində fasilələr yaranacaq.

Bu barədə hafta.az-a "Azərsu" ASC-dən bildirilib.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.