Açıq sahədə baş vermiş yanğın söndürülüb

21:49 09.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi yaxınlığında açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

FHN-in Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, yanğın nəticəsində 300kv.m. sahədə qamışlıq yanıb.

 

Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.