Açıq şəkildə onlayn olaraq narkotik maddə satılması onu göstərir ki... - Sosioloq

16:46 05.08.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bu gün açıq şəkildə onlayn olaraq narkotik maddə satılması onu göstərir ki, məsələ artıq təbliğatı belə keçib. Kimlərsə ölkəmizdə gənclər arasında narkomaniya bəlasını yaymağı qarşısına məqsəd qoyublar:

Bu fikirləri hafta.az-a sosioloq Rəfiqə Əzimova söyləyib.

Onun sözlərinə görə, bəlkə də hansısa xarici qüvvə bu işin arxasında dayanıb. Şükür ki, indi dövlət səviyyəsində narkomaniyaya qarşı yaxşı tədbirlər həyata keçirilir:

"Təbliğatçıların həbs edilməsini müsbət hal kimi qiymətləndirmək lazımdır. İstifadəçilərin və təbliğatçıların şəkilləri ictimaiyyətə göstərilir. Bu ictimai qınaq baxımdan müsbət haldır. Hesab edirəm, bundan sonra daha ciddi addımlar atılacaq. Şəhərlər, rayon və kəndlərdə ailələr arasında maarifləndirmə aparılmalıdır. Yerlərdə bu işi həyata keçirəcək mərkəzlər açılmalıdır. Düzgün maarifləndirmə işi ilə narkomaniyanın qismən də olsun qarşısını ala bilərik. Öncə ailə, ardınca isə məktəblərdə uşaqlar nəzarətdə saxlanılmalı və doğru yönləndirilməlidir. İndi narkotik istifadəçisi olan gənclərin əksəriyyəti riskli ailələrin övladlarıdır. Riskli ailələr odur ki, ana və ata övlada fikir vermir, onlara biganə yanaşırlar”.

Oxunma sayı 434