Malinin şimal və mərkəzi hissələrində yerləşən bir neçə hərbi mövqe silsilə hücumlara məruz qalıb.
Hafta.az xəbər verir ki, “Əzvad” Azadlıq Cəbhəsi Kidal bölgəsində Anfif qəsəbəsinə, özünü “İslama və müsəlmanlara yardım camaatı” adlandıran qruplaşma isə Qau şəhərinə hücumlar həyata keçiriblər.
Mali ordusunun yaydığı bəyanatda isə şənbə günü səhər saatlarında Acelhok, Anfif, Qao və Sevare şəhərlərindəki hərbi mövqelərin hücuma məruz qaldığı bildirilib. Bəyanatda hücumları törədən qruplaşmalar barədə məlumat verilməyib.
Bununla yanaşı, mənbələrin məlumatına görə, “Əzvad Azadlıq Cəbhəsi”nin qüvvələri Kidal şəhərindən təxminən 100 kilometr məsafədə yerləşən Anfif qəsəbəsinə daxil olublar. Bildirilir ki, qəsəbə daxilində silahlı toqquşmalar davam edir.