Yazını böyüt
Yazını kiçilt
Misir yaxın günlərdə Avropa İttifaqından makromaliyyə dəstəyi paketi çərçivəsində 1,5 milyard avro məbləğində vəsait alacağını gözləyir.
Hafta.az xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Bədr Əbdülati Aralıq dənizi məsələləri üzrə Avropa komissarı Dubravka Şuitsa ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, 1,5 milyard avroluq vəsait 5 milyard avro həcmində makromaliyyə dəstəyi paketinin qalan iki tranşından birincisidir. O qeyd edib ki, qalan 3 milyard avro hər biri 1,5 milyard avro olmaqla iki bərabər tranş şəklində ayrılacaq.
Bədr Əbdülati əlavə edib ki, Qahirə sonuncu tranşın payız fəslinin əvvəlinədək köçürüləcəyinə ümid edir.