Afrika ölkəsi olan Madaqaskarın prezidenti Andri Rajoelina, yeni tip koronavirusa qarşı hazırladıqları önləyici və müalicəedici bitki mənşəli dərmanı bu gün dünya ictimaiyyətinə təqdim edəcəklərini bildirib.
Hafta.az yazır ki, ölkəsinin milli telekanalı olan TVM-ə açıqlama verən prezident Rajoelina, Madaqaskar Tətbiqi Araşdırmalar İnstitutunun (IMRA) hazırladığı və klinik testləri geçirilmiş "Covid Organics" adlı bitki mənşəli drmanın artıq hazır olduğunu deyib.
“Covid Organics”in "pelin otu" olaraq tanınan artemisia bitkisi başda olmaqla ölkədəki bir çox şəfaverici otun qarışımından hazırlandığını deyən Rajoelina, bugünki təqdimatdan dərhal sonra dərmanın kütləvi istehsalına başlayacaqlarını əlavə edib.
Onun sözlərinə görə, daha çox qızdırmasalma müalicəsində istifadə edilən artemisia tıbb dünyasında uzun zamandır məlumdur. Dövlət başçısı əlavə edib ki, paytaxt Antananarivo da daxil olmaqla, bir çox şəhəri əhatə edən karantin rejimi də bu gündən etibarən qismən ləğv olunacaq. Sadəcə insanlar gecə saat 21:00 – 04:00 arasında küçəyə çıxa bilməzlər. Eyni zamanda, ictimai yerlərdə 50-dən artıq insan bir araya gələrsə maska taxmaları məcburi olacaq. Qaydaları pozanlara ictimai cəzalar veriləcək.
Bu arada qeyd edək ki, bu günədək Covid-19-dan ölənlərin olmadığı Madaqaskarda bu virusa cəmi 83 adam yoluxub ki, onlardan 39 nəfəri artıq sağalıb. Artemisia maddəsi isə çinli həkimlər tərəfindən hələ Vyetnam müharibəsi dövründə istifadə edilib və o zamandan bəri laboratoriya şəraitində araşdırılırdı. Nəhayət, çinli alim Yuyou Tu, qızdırmanı olduqca sürətlə və yüksək səviyyədə yox edən artemisin maddəsini kəşf etdi və nəticədə 2015-ci ildə Tibb üzrə Nobel mükafatını aldı.