Yazını böyüt
Yazını kiçilt
ABŞ prezidenti Donald Tramın tərəfdarlarının Konqres binasına hücum etməsindən sonra Ağ Evdə ard-arda istefalar baş verib.
Trampın həyat yoldaşı Meleniya Trampın sözçüsü Qrişam baş verənlərlə bağlı ilk istefa verən şəxs olub.
Ağ Ev rəsmisi Sarah Matthaves və sosial işlər müdiri Rickie Niceta da baş vermiş iğtişaşlar səbəbindən istefa verdiklərini açıqlayıblar.
ABŞ mətbuatının yazdığına görə, Ağ Evin bəzi rəsmiləri yaxın saatlarda istefalarını elan edəcəklər.
İddialara görə, Milli Təhlükəsizlik sözçüsü Robert O'Brien, Milli Təhlükəsizlik sözçüsünün köməkçisi Matt Pottinger də istefa verəcəklər.