Ağcabədidə ağır yol qəzası - FOTO

19:52 06.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədidə iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlar olub.

Hafta.az xəbər verir ki, hadisə Hindarx–Borsunlu avtomobil yolunun Poladlı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı, 10 GK 042 dövlət nömrə nişanlı avtomobil ilə “VAZ-21011” markalı, 60 BD 542 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ”da olan 1962-ci il təvəllüdlü Pənah Nəcəfov və sürücü, 1965-ci il təvəllüdlü Filman Xuduyev ağır xəsarətlə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.