Ağcabədidə dəhşətli qətl - Bacısını küt alətlə öldürdü

09:11 06.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 5-də saat 23 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Səbinə Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə hafta.az-a Ağcabədi Rayon Prokurorluğundan məlumat verilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Sadiq Kərimov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.