Ağcabədidə qohumunu qaçıran şəxs həbs edildi

12:02 05.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədidə qohumunu qaçıran şəxs həbs edilib.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində mart ayının 7-də Ağcabədi rayonu ərazisində qohumu T.İbrahimovanı qaçırmaqda şübhəli bilinən Qeis Cabbarov saxlanılıb.

Laçın RPŞ-də Q.Cabbarov barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.