Ağdam Sənaye Parkında daha iki şirkətə rezidentlik statusu verildi

18:00 27.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İqtisadiyyat Nazirliyinin Ağdam Sənaye Parkında daha iki sahibkara rezidentlik statusu verilib və rezidentlərin sayı 7-yə çatıb.

 

Hafta.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

 

“Prof-Dam” MMC 2 ha ərazidə müxtəlif növ dam örtüklərinin istehsalı müəssisəsi inşa edəcək, “Metkons” MMC isə havalandırma,yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulataların istehsalı ilə məşğul olacaq. İnvestisiya dəyəri 9 milyon manata yaxın olan layihələrin reallaşması ilə 85 nəfər daimi işlə təmin ediləcək", - deyə o, qeyd edib.