Yazını böyüt
Yazını kiçilt
Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-128 üzrə binaların tikintisi işlərinə başlanılır.
Hafta.az xəbər verir ki, bu barədə məlumat Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən yayılıb. Bildirilib ki, tikinti işləri "El-Seym İnşaat" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqavilənin maliyyə dəyəri 10 milyon 187 min 487 manat olaraq müəyyən olunub.