Ağdamda 4 ton çətənə kolu məhv edildi

11:37 12.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdamda yabanı halda bitən 4 tona yaxın çətənə bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaşxaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə Cinli kəndində yabanı halda bitən 4 tona yaxın 22313 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.