Ağdamda bayram konserti start götürüb -FOTO

17:49 15.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdamda bayram konserti start götürdü. Beş min nəfərə qədər sakinin iştirak ilə təşkil olunan təbir Qarabağ atlarının üzərində gətirilən rəmzi məhşəllə bayram tonqalının alovlandırılması ilə başlayıb.

Hafta.az xəbər verir ki, tədbirin giriş hissəsində rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov meydan ətrafında sərgilənən milli xörəklər və yerli tarixi əşyalara, o cümlədən qədim milli oyunları seyr edib. Kosa və keçəlin iştirakı ilə yumurta döyüşdürülüb.

Rayon şənliyində çıxış edən Vaqif Həsənov və digərləri bütün Azərbaycan xalqını bayram münasibətilə təbrik edib.

Tədbir ölkənin tanınmış sənət adamlarının və yerli incəsənət nümayəndələrinin iştirak ilə təşkil olunan konsert proqramı ilə davam edir.