Ağdamda Qarabağ Atçılıq Zavodunun tikintisinə başlanacaq

13:11 15.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdamda Qarabağ Atçılıq Zavodunun tikintisinə başlanacaq.

Hafta.az-ın məlumatına görə, bu barədə atçılıq üzrə 4-cü dərəcəli usta Sərxan Tağıyev məlumat verib.

O bildirib ki, zavodun tikintisinə hazırlıq işlərinə başlanıb. Yaxın 2-3 ay ərzində zavodun tikintisinə başlanacaq.

Zavod rayonun Eyvazxanlı kəndində inşa ediləcək. Zavod fəaliyyətə başlayandan sonra Qarabağ cins atlarının yetişdirilməsinə başlanacaq.