Ağdaş sakini silahını polisə təhvil verib

13:50 02.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdaş rayon sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Ağdaş rayonunun Kükəl kənd sakini E.Cəbrayılov “İJ-16” markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

Oxunma sayı 775