Ağdaşda bir ton çətənə kolu məhv edildi

13:39 05.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşları Ağdaşda bir ton çətənə kolunu məhv ediblər.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Qarasuqumlaq kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi bir ton olan 2783 ədəd çətənə kolu yandırılaraq məhv edilib.