Yazını böyüt
Yazını kiçilt
Ağdaşda yanğın hadisəsi olub.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Ağdaş rayonunun Yuxarı Qəsil kəndində ümumi sahəsi 192 m² olan 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları 164 m² sahədə və bitişik talvarın lambirdən ibarət tavanı 48 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.