Tramp Pikaks dağına zərbə endirəcəklərini açıqlayıb

08:15 14.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident Donald Tramp ABŞ-nin İrandakı Pikaks dağını məhv edəcəyini bildirib.

Hafta.az xəbər verir ki, Tramp bu barədə “The Hugh Hewitt Show”ya verdiyi müsahibədə deyib.

"Biz Pikaks dağını məhv edəcəyik. İranlılara hazır olmalarını deyin. Pikaks dağını diqqətlə izləyirik. Orada hələ heç bir fəaliyyət görmürük. Onların nüvə vəziyyəti ilə bağlı işləri yaxşı getmir. Hər dəfə bu barədə nəsə eşidəndə onu partladırıq. Ona görə də onlar bu barədə danışmağı xoşlamırlar. Amma yəqin ki, tezliklə Pikaks dağına zərbə endirəcəyik", - deyə Tramp əlavə edib.