Ukraynanın baş naziri istefa verdi

22:51 13.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa ərizəsini Ali Radaya təqdim edib.

Hafta.az xəbər verir ki, bu haqda Ali Radanın sədri Ruslan Stefançuk "Facebook"da məlumat yayıb.

Onun sözlərinə görə, Baş nazirin istefa ərizəsi artıq parlamentə daxil olub və məsələ yaxın vaxtlarda müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Yuliya Sviridenko 2025-ci il iyulun 17-də Baş nazir vəzifəsinə təyin olunub. Bundan əvvəl o, Ukrayna Baş nazirinin birinci müavini və iqtisadiyyat naziri vəzifələrində çalışıb.