Ağsuda yaşadığı evi icazəsiz tərk edən aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.
Hafta.az-ın məlumatına görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus xəstəliyinin analizi pozitiv çıxan və hazırda virusun daşıyıcısı olan rayon sakini Hüseynli İnqilab Müşviq oğlunun yaşadığı evi icazəsiz tərk etməsi müəyyən olunub. Belə ki, İnqilab Hüseynli evdən çıxaraq rayon ərazisindəki marketə gedib və virusun digər insanlara keçməsi təhlükəsini yaradıb. O, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Onunla profilaktik söhbətlər aparıldıqdan sonra yaşadığı evə qaytarılıb.
İnqilab Hüseynlinin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar aparılır.