Ağsunun icra başçısı dünyasını dəyişdi

22:50 27.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev vəfat edib.

Hafta.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında icra başçısının qohumları deyib. Məlumatına görə, V. Tağıyev bu gün axşam saatlarında xəstəxanada keçinib. Həkimlərin səyinə baxmayaraq V. Tağıyevin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, icra başçısı bir müddət əvvəl koronavirusa yoluxmuşdu və Bakıdakı tibb mərkəzlərindən birində müalicə olunurdu.

Oxunma sayı 995