Bu gecə saat 00:00-dan başlayaraq “Aİ-95” premium markalı benzinin qiyməti ucuzlaşıb. Belə ki, “Aİ-95” markalı yanacağın qiyməti 0,10 manat ucuzlaşaraq 1 manat 10 qəpik olacaq.
Bəs ucuzlaşma digər markalar üçün də gözləniləndirmi?
Bu barədə hafta.az-a danışan iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov dedi ki, “Aİ-95” premium markalı benzinin qiyməti və digər markaların qiyməti bazar tərəfindən müəyyənləşir:
"Aİ-92" markalı benzinin qiyməti birbaşa Tarif Şurası tərəfindən müəyyən edilir. "Aİ-92" markalı neftin qiymətinin dəyişməsi ona görə də birbaşa Tarif Şurasından asılı olacaq. Digər marka neftin qiyməti dünya bazarından da asılıdır. Ona uyğun olaraq dəyişməsi gözlənilir. Bu gün isə qiymətlərlə bağlı hər hansı proqnozun verilməsi çətindir. Nəzərə alsaq ki, neft bazarındakı dalğalanma qiymətlərə təsir edəcək".