Aİ-də sanksiyalar üzrə xüsusi nümayəndə postu yaradılacaq

18:13 12.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı yeni vəzifə - sanksiyalar üzrə xüsusi nümayəndə postu yaratmağa hazırlaşır. Bu barədə hafta.az “The Financial Times”a istinadən xəbər verir.

Nəşrin məlumatına görə, onlar bu vəzifəyə Aİ-nin ABŞ-dakı keçmiş səfiri Devid O'Sallivanı təyin etməyi planlaşdırırlar.

Bildirilir ki, sanksiyalar üzrə təmsilçi postu “birliyin Rusiyaya qarşı tədbirlərindən yayınma hallarının qarşısını almağa çalışdığı üçün Türkiyədə, o cümlədən ölkələrdə ittifaqın tədbirlərinə daha çox əməl olunmasını təmin etmək üçün” yaradılacaq.

Aİ-nin yüksək rütbəli rəsmisi bildirib ki, çərşənbə axşamı Avropa Komissiyasının bu vəzifəyə təyinatla bağlı qərar verəcəyi gözlənilir.

FT qeyd edir ki, “ABŞ və Aİ xüsusilə Ankaranı Rusiyaya tətbiq edilən sənaye və müdafiə məhsullarına sərt ixrac nəzarətindən yayınmaq istəyən tacirlərin qadağan olunmuş malların tədarükü ilə bağlı tədbir görməyə çağırır”.

Qeyd olunur ki, Brüsselin diqqətində olan digər ölkələr arasında Serbiya və Birləşmiş Ərəb Əmirlikləri də var.