Aİ Rusiya və İrana qarşı yeni sanksiyaları təsdiqləyəcək

11:57 12.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri bazar ertəsi Aİ Xarici İşlər Şurasının 2022-ci ildə planlaşdırılan sonuncu iclası üçün bir araya gələcək. Onlar Rusiya Federasiyasına qarşı doqquzuncu sanksiyalar paketini, İrana qarşı yeni sanksiyaları təsdiqləmək, həmçinin 2023-cü il üçün Kiyevə 18 milyard avro məbləğində makromaliyyə yardımının maliyyələşdirilməsi mexanizmini razılaşdırmaq niyyətindədirlər.

Bildirilir ki, nazirlər Ukraynaya silah tədarükünün ödənildiyi Avropa Sülh Fondunun maliyyə tavanının 2 milyard avro artırılmasını müzakirə edəcəklər. Bundan əlavə, Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Xosep Borrell Ukrayna silahlı qüvvələri üçün hərbçilərin hazırlanması üzrə Aİ proqramının icrası ilə bağlı nazirlər qarşısında hesabat verəcək.