Aİ Rusiyaya qarşı 10-cu sanksiyalar paketinə 130 şəxsi daxil edə bilər

11:53 13.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqının siyasətçiləri Rusiya Federasiyasına qarşı onuncu sanksiya paketinə 130-a yaxın hüquqi və fiziki şəxsə, o cümlədən məmurlar və dövlət mediasının jurnalistləri daxil etmək niyyətindədirlər. Bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, yeni anti-Rusiya sanksiyaları ilə bağlı təkliflər Polşa, Latviya, Litva, Estoniya, Almaniya, Fransa və bir sıra digər Aİ ölkələri tərəfindən irəli sürülüb. Onlar digər məsələlərlə yanaşı, yüksək rütbəli hərbçilərə, Donetsk və Luqansk Xalq Respublikalarının, eləcə də Zaporojye və Xerson vilayətlərinin rəsmilərinə, dövlət mediasında, xüsusən də RT telekanalında çalışan jurnalistlərə məhdudiyyətlər qoymağı təklif edirlər.

Bundan əlavə, Rusiya və ya “Vaqner” özəl hərbi şirkətinin tərəfində hansısa şəkildə hərbi əməliyyatlarla bağlı olduğu iddia edilən digər ölkələrdə, xüsusən Mali və İranda şirkət və şəxslərə qarşı sanksiyalar tətbiq oluna bilər.