Aksizli mallar üzərində vergi nəzarəti təkmilləşdirilir

16:02 02.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vergi Məcəlləsinə əsasən, vergitutma bazasının genişləndirilməsinə yönəlmiş dəyişikliklər aksiz dərəcələrinin artırılması və optimallaşdırılması, aksizli mallar üzərində vergi nəzarətinin təkmilləşdirilməsini özündə ehtiva edir.

Hafta.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, sözügedən dəyişikliklər bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutma metodunun ləğv edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin olunması, eləcə də hüquqi şəxslər tərəfindən mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunmasının ləğvi, bu əməliyyatların ƏDV-yə və mənfəət vergisinə cəlb olunması kimi istiqamətləri də əhatə edir.

Dəyişikliklərə, həmçinin qanunvericiliyin beynəlxalq məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı müddəaları da daxildir.

Bu dəyişikliklər əsasən Vergi Məcəlləsində Transmilli Şirkətlər Qrupu anlayışının müəyyən olunmasını, habelə Transmilli Şirkətlər Qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə tərəfindən müəyyən şərtlər daxilində vergi orqanına hesabat təqdim edilməsini nəzərdə tutur.